...

Filarmoniyada Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Mədəniyyət Materials 10 Oktyabr 2022 14:40 (UTC +04:00)
Filarmoniyada Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Bakı. Trend:

Oktyabr 14-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək. Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası - bədii rəhbər Xalq artisti Gülbacı İmanova çıxış edəcəklər.

Solistlər: Azərbaycanın Xalq artisti - Azər Zeynalov (tenor), Azərbaycanın Əməkdar artistləri: Səbinə Əsədova (mezzo-soprano), İlham Nəzərov (bariton), həmçinin Nigar Tağıyeva (soprano), İlahə Fəda (xanəndə). Təqdimatçı - Kamran M.Yunis.

Konsertdə ilk dəfə olaraq bəstəkar Cavanşir Quliyevin “Müşfiq Ağıları” oratoriyası səslənəcək. Libretto müəllifi - Sabir Rüstəmxanlı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti