...

Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 4 Fevral 2023 20:47 (UTC +04:00)
Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda yerləşən "Georgian Point" gürcü restoranında tanınmış müğənni və bəstəkar, Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib.

Trend xəbər verir ki, tədbirin açılışında layihənin təşkilatçısı və aparıcısı, Trend-in müxbiri Vüqar İmanov Vaxtanq Kikabidzenin həyatdan getməsinin onun yaradıcılığının çoxsaylı pərəstişkarlarının, o cümlədən Azərbaycanda böyük kədərlə qarşılandığını deyib. Vaxtanq Kikabidze yüksək insani keyfiyyətlərin nümunəsi, Azərbaycanın böyük dostu olub, Bakıda dəfələrlə çıxış edib, onu ikinci vətəni hesab etmiş, burada çoxlu dostları olub.

Gürcüstanın Azərbaycandakı səfirinin müavini Revaz Sakvarelidze qeyd edib ki, böyük sənətkarın həyatdan getməsi ölkə mədəniyyəti və dünya üçün böyük itkiyə çevrilib. Vaxtanq Kikabidze bütöv bir dövrün nümayəndəsi idi, gürcü ruhunu təcəssüm etdirirdi, qardaş Azərbaycana böyük məhəbbətlə yanaşırdı. Vüqar İmanova Gürcüstanın Azərbaycandakı Səfirliyi adından xatirə gecəsinin təşkilinə görə təşəkkür edilib.

Vaxtanqa Kikabidzenin haqqında xatirələrini Azərbaycandakı Gürcü diasporunun nümayəndəsi Nini Karseladze bölüşərək, ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərini vurğulayıb.

Vaxtanq Kikabidzenin həyat və yaradıcılığı haqqında videomateriallar – filmlərdən kadrlar, müsahibələrdən sitatlar, "Biz gedirik" mini-filmi təqdim olunub.

Konsert proqramında Vaxtanq Kikabidzenin hitləri ilə Qasım Xəlilov, Xəyyam Mustafazadə, Ceyhun Bakinski, Cəlal Abbasov, Ülker Quliyeva, Hava Dolev, Emin Azayev və gürcü ifaçılar – Tiko, Maxo, Nini Karseladze, həmçinin Dağıstandan olan müğənni Eyzer Nazarov və "Azərbaycan inciləri"rəqs kollektivi çıxış ediblər.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti