...

Ramiz Məlik dəfn edildi (FOTO) (YENİLƏNİB)

Mədəniyyət Materials 14 Dekabr 2023 14:39 (UTC +04:00)
Ramiz Məlik dəfn edildi (FOTO) (YENİLƏNİB)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Xalq artisti Ramiz Məlik torpağa tapşırılıb.

Trend xəbər verir ki, onun nəşi 2-ci Fəxri Xiyabanda dəfn edilib.

xxx

13:34

Xalq artisti Ramiz Məliklə vida mərasimi başa çatıb.

Trend xəbər verir ki, hazırda onun nəşi dəfn olunmaq üçün 2-ci Fəxri Xiyabana aparılır.

xxx

13:09

Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilir.

Trend xəbər verir ki, Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər Məscidində baş tutur.

Mərasimə aktyorun ailəsi, yaxınları, sənət dünyasından olan dostları, eləcə də, mədəniyyət nazirinin müavini Səadət Yusifova qatılıb.

Mərasimdən sonra Xalq artistinin nəşi 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də 80 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti