...

Moskva Nikulin Sirkinin artistləri Gəncədə

Mədəniyyət Materials 1 Mart 2024 16:05 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilovun təşkilatçılığı ilə martın 8-dən Gəncə şəhərində yerləşən “GƏNCLAND” istirahət parkında “ƏFSANƏVİ SİRK” adlı möhtəşəm şou başlayacaq.

Ən istedadlı artistlər, inanılmaz akrobatlar, gülməli klounlar, ayılar və ağ itlər - bütün bunlar sizi möhtəşəm tamaşa zamanı gözləyir.

Ənənəyə sadiq qalaraq şounun ilk günü valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün təşkil olunacaq.

Bu şounun bir hissəsi olmaq şansını qaçırmayın! Biletlər artıq satışdadır - şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

https://iticket.az/events/kids/legendary-circus-in-ganjax.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti