...

Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək

Mədəniyyət Materials 24 Mart 2025 16:12 (UTC +04:00)
Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Daş Salnamə Muzeyində martın 26-27-də AFWEU -nun təşkilatçılığı ilə Avropa və Asiyadan olan 10-dan çox məşhur dizaynerin iştirakı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək.

Trend xəbər verir ki, milli direktor - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.

Baş prodüser - AFWEU Fashion Week təsisiçisi, Türkiyəli dizayner Aydın Açıkdır. AFWEU Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir. Əsas missiya universal moda və mədəniyyət dilini yaymaq, yeni istedadları kəşf etmək və beynəlxalq aləmdə tanınmalarına kömək etməkdir. AFWEU bir çox ölkələrdə keçirilib və ilk dəfə Azərbaycanda keçiriləcək.

Layihə tarixi daş elementlərin, tarixin və mədəniyyətin moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim etməyi hədəfləyir. Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan hekayələri ilə modaya ilham verir. Dizaynerlər estetik və simvolik dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan müasir və yeni kolleksiyalar təqdim edəcəklər.

Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla hazırlanacaqdır. Ənənəvi geyim və aksessuarlar müasir moda zövgü ilə birləşdiriləcəkdir. Moda sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar da olacaq. Qonaqlara dizaynerlərlə görüşmək və söhbət etmək imkanı veriləcək. Moda və sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı dövrləri təşviq edəcək, Turizm və iqtisadiyyatın inkişafına töhfə verəcək.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti