Bakı. Trend:
"Əl-Əhli"nin yarımmüdafiəçisi Frank Kessye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" Fil Dişi Sahili milli komandasının üzvünün xidmətində maraqlıdır.
İstanbul nəhəngi 29 Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi yayda başa çatan 29 yaşlı futbolçu üçün 5 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Əl-Əhli" Frank Kessyeni 2023-cü ilin yayında "Barselona"dan 25 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
