...

Rafael Cəbrayılov Şirvan seçiciləri ilə görüşlərini davam etdirir (FOTO)

Seçki 2015 Materials 22 Oktyabr 2015 17:16 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan seçiciləri ilə görüşlərini davam etdirir.
Rafael Cəbrayılov Şirvan seçiciləri ilə görüşlərini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan seçiciləri ilə görüşlərini davam etdirir.

Əsasən, seçicilərin təklifi ilə müəyyənləşdirilən görüş qrafikinə uyğun olaraq namizəd bu gün Şirvan şəhər, Bayramlı qəsəbəsinin sakinləri ilə görüşüb.

Havanın yağışlı və soyuq olmasına baxmayaraq, seçicilər R.Cəbrayılova olan hörmətlərini kütləvi şəkildə namizədlə görüşdə iştirak etməklə də bildirdilər.

Namizəd seçicilərlə görüşdən məmnunluğunu bildirərək, təbliğat kampaniyasında aktiv iştirak etdikləri üçün bütün seçicilərə təşəkkür etdi. Qeyd etdi ki, bu fəallığı 1 noyabr tarixində də nümayiş etdirərək, layiqli namizədin Şirvanı təmsil etməsinə dəstək olmaq lazımdır.

Çıxış edən sakinlər təbliğat kampaniyası çərçivəsində R.Cəbrayılovun Şirvan şəhərinin bütün küçə və qəsəbələrində sakinlərlə görüşlərinin təşkil olunmasını yüksək qiymətləndirdilər. Hər zaman xalqın yanında olan namizədə dəstək olduqlarını və 1 noyabrda səs verməklə R.Cəbrayılovun Şirvanda rəqibsiz namizəd olduğunu sübüt edəcəklərini bildirdilər.

Qeyd edək ki, R.Cəbrayılovun növbəti görüşü 23.10.2015-ci il saat 12:00-da "Şirvan" kinoteatrında olacaq.

Şirvan şəhərindən olan digər namizədlər də həmin görüşə dəvətlidirlər.

Əlaqə telefonu: 055 207 25 15

Məqalədə:
Xəbər lenti

Xəbər lenti