...

“Exit-poll” keçirən daha bir təşkilatdan ilkin açıqlama

Seçki 2015 Materials 1 Noyabr 2015 10:09 (UTC +04:00)
118 dairədə 500 müşahidəçi ilə parlament seçkilərində “exit-poll” keçiririk. Bunu Trend-ə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə parlament seçkilərində “exit-poll” keçirən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Elçin Salmanov deyib.
“Exit-poll” keçirən daha bir təşkilatdan ilkin açıqlama

Azərbaycan, Bakı, 1 noyabr /Trend, Azər Niftiyev/

118 dairədə parlament seçkilərində "exit-poll" keçiririk. Bunu Trend-ə Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə parlament seçkilərində "exit-poll" keçirən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Elçin Salmanov deyib.

Təşkilat rəhbəri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün ərazilərində "exit-poll" keçirəcəklər.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti