...

ESISC missiyasının rəhbəri: Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır

Seçki 2015 Materials 2 Noyabr 2015 14:32 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır.
ESISC missiyasının rəhbəri: Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) Müşahidə Missiyasının rəhbəri Klod Monike Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilər bütün Qərb normalarına uyğun keçirilib: "Proses çox yaxşı təşkil edilmişdi və seçki məntəqələrində bütün zəruri şərait yaradılmışdı. Xeyli sayda yerli müşahidəçilərin olması şəffaflığın göstəricisidir".

ESISC missiyası Bakı, Sumqayıt və Xırdalanda 6 seçki dairəsində və 100 seçki məntəqəsində olub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti