...

FHN Bakıdakı yanğın barədə: Qaz partlayışı barədə məlumat doğru deyil, məişət tullantıları yanıb (FOTO)

Gündəm Materials 29 Yanvar 2018 17:34 (UTC +04:00)
FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN Bakıdakı yanğın barədə: Qaz partlayışı barədə məlumat doğru deyil, məişət tullantıları yanıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Trend-ə FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 kv.m sahədə yanıb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti