...

Prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı açıqlandı

Gündəm Materials 24 Mart 2018 14:34 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub.
Prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, “RƏY” Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti