...

Prezidentin imzaladığı fərmanla 8800 şəxsin ailəsinə birdəfəlik ödəniş veriləcək

Gündəm Materials 19 Aprel 2018 17:34 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Prezidentin imzaladığı fərmanla 8800 şəxsin ailəsinə birdəfəlik ödəniş veriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, ilkin informasiyaya əsasən bu fərman 8800 şəxsin ailəsinə şamil olunacaq.

S.Müslümov qeyd edib: "Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq".

Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti