...

Diasporla İş üzrə Dövlət Komitəsi loqosunu dəyişir

Gündəm Materials 30 Aprel 2018 13:15 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.
Diasporla İş üzrə Dövlət Komitəsi loqosunu dəyişir

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

Trend-in məlumatına görə, Komitə bununla bağlı loqo seçimi üçün müsabiqə elan edib.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər.

2. Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbycana və Azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

3. Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.

4. Müsabiqənin qalibinə Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.

5. Müsabiqə 05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi müsabiqədə iştirak etmək arzusunda olan hər bir şəxsə uğurlar arzu edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti