...

Nazir müavini: Əlili işə götürməməyə görə cərimə artırılmalıdır

Gündəm Materials 4 May 2018 15:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

İşəgötürən əlil insanı işə götürmək əvəzinə qanunda nəzərdə tutulmuş cəriməni ödəyir, lakin əlil insanı işə götürmür. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, işə götürən əlili işə götürməkdənsə 45 manat cərimə ödəyir. çünki əlili işə göttürmək üçün güzəştlər etməlidir, xüsusi infrastruktur yaradılmalıdır.

N.Məmmədov deyib ki, əlili işə götürməməyə görə cərimə artırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti