...

Sulutəpədən Bakı-Sumqayıt yoluna hərəkət məhdudlaşdırılır

Gündəm Materials 22 May 2018 12:03 (UTC +04:00)
Rənglənmə işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır.
Sulutəpədən Bakı-Sumqayıt yoluna hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti