...

"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib (FOTO)

Gündəm Materials 14 İyun 2018 12:39 (UTC +04:00)
"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.

Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.

Qeyd olunub ki, DNT məlumat bankının köməkliyi ilə naməlum meyitlər, qətl, ayrı-ayrı bədən hissələrinin mənsubiyyəti, zorlama, quldurluq, soyğunçuluq, oğurluq, yol-nəqliyyat hadisələri üzrə şəxsiyyətlər müəyyən edilib.

Sonda tədbir iştirakçıları DNT məlumat bankının fəaliyyəti ilə tanış olublar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti