...

Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)

Gündəm Materials 14 İyun 2018 20:16 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

DBNX-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev 1993-cü il iyunun 15-nin Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi sabitliyi təmin edilib. B.Rzayev, həmçinin vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qabaqcıl dünya dövlətləri sırasında öz yerini möhkəmləndirir.

Tədbirdə digər çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü vurğulanıb. Həmçinin torpaq islahatının MDB məkanında ilk dəfə Azərbaycanda aparıldığı və torpağın öz sahibinə verildiyi bildirilib.

Qeyd edilib ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişafı bunun bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti