Bakı. İlhamə İsabalayeva - Trend:
AMEA əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Dendrologiya İnstitutunun nəzdində “Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb.
Akademiyadan Trend-ə verilən məlumata görə, 8-14 yaş arası məktəbli uşaqların düşərgədə istirahət müddəti 14 gün olmaqla 4 növbədə təşkil olunacaq.
Bir növbə üçün yol vərəqəsinin qiyməti 200 manat təşkil edir ki, bunun 70 manatı valideyn tərəfindən, 130 manatı isə Həmkarlar Təşkilatı tərəfindən ödəniləcək.