...

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI

Gündəm Materials 28 Sentyabr 2018 14:57 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI

Bakı. Samir Əli - Trend:

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti