...

Gəncədə "Volkswagen Golf" iki azyaşlı qardaşı vurdu, biri öldü

Gündəm Materials 2 Noyabr 2018 21:06 (UTC +04:00)
Gəncədə avtomobil iki azyaşlını vurub.
Gəncədə "Volkswagen Golf" iki azyaşlı qardaşı vurdu, biri öldü

Bakı. Samir Əli - Trend:

Gəncədə avtomobil iki azyaşlını vurub.

Trend-in məlumatına görə, hadisə şəhərin Nərimanov prospektində baş verib.

Gəncə şəhə sakini Abbasov Arzu Bəhram oğlu idarə etdiyi "Volkswagen Golf" markalı 10 UC 191 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolu keçən piyadalar - 2003-cü il təvəllüdlü Allahverdiyev İslam Ceyhun oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Amin Ceyhun oğlunu vurub.

Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, İ.Allahverdiyev orada ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti