...

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb (FOTO)

Gündəm Materials 11 Dekabr 2018 11:21 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb (FOTO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti