...

"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

Gündəm Materials 20 Yanvar 2019 17:29 (UTC +04:00)
Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.
"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

Bakı. Trend:

Bu gün Ümumxalq Hüzn Günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar özünü "Milli Şura" adlandıran qurumun rəhbərləri və fəalları Şəhidlər xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.

Trend-in məlumatına görə, polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam-intizamı təmin etmək məqsədilə Şəhidlər xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır.

Sübh tezdən Şəhidlər xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər.

Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.

Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-da keçmiş "Məhsul" stadionunda mitinq zamanı Ə.Kərimli tərəfdarlarını yanvarın 20-də saat 15:00-da Şəhidlər xiyabanına gəlməyə çağırıb.

Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, saxlanılan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti