...

Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası açıqlanıb

Gündəm Materials 7 Mart 2019 12:03 (UTC +04:00)
Bakıda növbəti tədris ili üçün lisey və gimnaziyalara 1-ci sinfə qəbulun aparılması qaydası açıqlanıb.
Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası açıqlanıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakıda növbəti tədris ili üçün lisey və gimnaziyalara 1-ci sinfə qəbulun aparılması qaydası açıqlanıb.

Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Onun sözlərinə görə, uşaq lisey və gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey və gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey və gimnaziyaya daxil olmuş hesab ediləcək.

İ.Abdullayeva deyib ki, lisey və gimnaziyalara sənəd qəbulu martın 13-dən başlayacaq və elektron qaydada aparılacaq: "Valideynlər elektron ərazilərində yalnız 1 lisey adını qeyd edə bilərlər. Liseyə qəbul olunmayan uşaqların adi ümumtəhsil müəssisəsinə qəbulu üçün yenidən sistemə müraciət edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti