...

Abşeronda "VAZ" və "Mercedes" toqquşdu, ölən və yaralanan var

Gündəm Materials 16 Aprel 2019 09:29 (UTC +04:00)
Abşeron rayonunda ağır yol qəzası baş verib.
Abşeronda "VAZ" və "Mercedes" toqquşdu, ölən və yaralanan var

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Qaradağ rayonu, Qobu qəsəbəsində qeydə alınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərəcov Nazim Gülverdi oğlu idarə etdiyi "VAZ - 2107"markalı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olarkən Qurbanməhəmmədov Mövləddin Aslan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində N.Fərəcov ölüb, M.Qurbanməhəmmədov isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti