...

Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Gündəm Materials 19 Oktyabr 2019 14:04 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz E320” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz E320” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə bildirilib ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasından və ehtiyat təkərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 48000 ədəd "Enigma", 107 ədəd "Tropic Fire", 20 ədəd "Mega Piratka" və 11 qutu "Strzelajace Diabeiki" adlı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti