Bakı. Trend:
Kosmik hava durumu və proqnozu açıqlanıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.
Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Tac kütlə atılması) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalb.
Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/san-dək olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olub.
Kosmik hava proqnozu – Proqnoz dövründə (09 - 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 - 11 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 - 11 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 09 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.