...

Yol polisi Badamdardakı torpaq sürüşməsinə görə sürücülərə müraciət edib

Gündəm Materials 9 Yanvar 2020 10:24 (UTC +04:00)
BŞDYPİ bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.
Yol polisi Badamdardakı torpaq sürüşməsinə görə sürücülərə müraciət edib

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir: "Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər".

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti