Baş Prokurorluq eyvandan yıxılaraq ölən şəxslə bağlı məlumat yayıb

Baş Prokurorluq eyvandan yıxılaraq ölən şəxslə bağlı məlumat yayıb

Bakı. Trend:

19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Abşeron rayon prokurorluğunda ilkin yoxlamanın və isbtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayev və qohumları 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və müstəntiqlərin iştirakı ilə qəbul edilərək dinlənilmiş və müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır.

Cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış, hadisənin mexanizminin və şəraitinin tədqiqi üçün istintaq eksperimenti keçirilmişdir.

Müəyyən edilmişdir ki, Kənan Musayev 19 iyun 2019-cu il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olmuş, saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə getmiş, saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparmış, saat 21:04-də mənzilin açıq eyvanından düşmüş, dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə etmişlər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşaiyəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınmış, Elşən Musayevin qonşu, qohum və tanışları hadisə barədə eşidib xəstəxanaya gəlmişlər.

Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi və məhkəmə-tibb ekspertinin mənzilə əlavə baxışda iştirakı təmin edilmiş, hadisənin şəraitinin bərpa olunması məqsədilə məhkəmə-trasoloji-situasion ekspertizası təyin edilmiş, binanın inşasına dair zəruri sənədlər ekspertiza tədqiqatına təqdim olunmuşdur.

Mərhum Kənan Musayevin istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək informasiya aşkarlanmamışdır. İstintaqa cəlb edilmiş şəxslərin istifadəsində olmuş mobil nömrələr üzrə telefon danışıqlarına, yazışmalarının mətnlərinə və antena əhatə dairələrinə dair məlumatların mobil operatorlardan götürülməsi üçün məhkəmə qərarları alınaraq icraya yönəldilmiş və alınan cavablarda olan informasiyaların təhlili hazırda da davam etdirilir.

İş üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına əməliyyat tapşırıqları verilmiş, Elşən Musayevin yaşadığı mənzillə üzbəüz yerləşən mənzilin və hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı şübhə doğura biləcək hər hansı hala rast gəlinməmişdir. Mənzilin kamerasının yaddaş kartı üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyində kartın yaddaşında montaj əlamətlərinin olmadığı göstərilmişdir.

Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmamışdır.

Elşən Musayev və ailə üzvləri dəfələrlə qəbul edilib dinlənilmiş, cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirlərinin davam etdirilməsi, nəticəsindən asılı olaraq hadisəyə və aid şəxslərin əməllərinə obyektiv hüquqi qiymətin veriləcəyi onlara izah olunmuşdur.

Göstərilənlərə baxmayaraq, sentyabrın 21-də Baş Prokurorluğun inzibati binasında Elşən Musayev, Yasəmən Musayeva və Həcər Əliyeva müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və müstəntiqin iştirakı ilə qəbul edilərək dinlənilmişlər. Onlara cinayət işinin bütün halları, o cümlədən Kənan Musayevin qəsdən öldürülməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələrin onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən öz təsdiqini tapmadığı barədə geniş məlumat verilərək müzakirələr aparılmışdır. Cinayət işi üzrə bütün xüsusatların daha ətraflı araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə Baş prokuror tərəfindən müvafiq tövsiyə və göstərişlər verilmişdir.

Lakin həmin gün qəbuldan bir neçə saat sonra Yasəmən Musayeva və digərləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gəlib səs-küy salaraq qısa zamanda təqsirli şəxslərin tutulmasını tələb etmişlər.

Bundan başqa, sentyabrın 23-də Yasəmən Musayeva 10 nəfər yaxın qohumları ilə birlikdə yenidən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gələrək əllərində Kənan Musayevin fotoşəklini tutmaqla səs-küy salaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etmək məqsədilə cinayət işinin istintaqına öz etirazlarını bildirmişlər.

Elşən Musayev oğlunun öz xalası Məlahət Xudiyevanın təşkilatçılığı ilə tanışı Nizami Yusifov tərəfindən qətlə yetirilməsini, bu işdə onlara dayısının qızı Pərvanə Hacıyeva və polis əməkdaşı Savalan İsgəndərov, tanışları Əyyam Mirzəyev, Mikayıl İsmayılov və həmyerlisi Orxan Ağalı tərəfindən köməklik göstərildiyini iddia etmiş, lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə həmin xüsusatlar təsdiqini tapmamışdır.

Yasəmən Musayeva və qohumları 2020-ci il yanvarın 14-də saat 11 radələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin qarşısına gələrək cinayət işi üzrə aparılan araşdırmalara etirazlarını bildirmişlər. İdarənin rəhbərliyi tərəfindən həmin şəxslərin bir qismi qəbul edilərək onlara istintaqın hazırkı vəziyyəti barədə ətraflı izah verilməsinə baxmayaraq, Kənan Musayevin ölümündə şübhələndikləri şəxslərin qısa zamanda həbs edilməsini tələb etmişlər.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin hərəkətlərini cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.

Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir
Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir
İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər  - RƏSMİ
İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ
Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
Loading Bars
Xəbər lenti
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Şəmkirdə top mərmisi tapılıb (FOTO)
Mingəçevirdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
İqtisadiyyat Nazirliyi: 7629 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər
Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ
Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir
İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ
Hikmət Hacıyev: Orta məktəblərin açılması məsələsinə baxılır
Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb (VİDEO)
Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir
Ülvi Mehdiyev: Eyni anda 100 minə yaxın şəxs çimərliklərdə istirahət edə biləcək
Peyvəndlərlə bağlı hökumətə təkliflər veriləcək - TƏBİB
Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib
Koronavirusa görə iqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir
Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər - Hikmət Hacıyev
TƏBİB: Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək
Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq
Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər
Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək
Yaqut Qarayeva: Karantin tədbirləri sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb
Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?
Xarici ölkələrlə aviareyslərin artırılması nəzərdə tutulur
Çimərliklərin iş qrafiki müəyyənləşib - RƏSMİ
Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gələcək
Ülvi Mehdiyev: Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur
Hikmət Hacıyev: Dünyada vaksinlərin tapılması məsələsi diqqət mərkəzində saxlanılır
Ülvi Mehdiyev: Bu günədək 30 milyon SMS icazə yoxlanılıb
İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib
Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur
Zərdabda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Hikmət Hacıyev: Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur
Operativ Qərargah karantin rejimində yumşalmaların tətbiqi ilə bağlı brifinq keçirib
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü
Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub
Şəki və Siyəzən siyahıdan çıxarılır, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb
Abşeronda karantin qaydalarını pozan restoran sahibi və müştərilər saxlanılıb (FOTO/VİDEO)
Xüsusi karantin rejimi olan rayonlarda həftəsonu ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması davam edəcək
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər - SİYAHI
Çimərliklərin fəaliyyətinə icazə verilir
Avqustun 5-dən SMS icazə ləğv olunur
Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb
Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı
Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib
Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb
Gürcüstandan gələn yük maşınlarında dərman preparatları aşkarlandı (FOTO)
“Trabzonspor”a yeni baş məşqçi təyin edilib
Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları təsadüfü deyil - Deputat
Rusiyada quş qripi infeksiyası aşkar edilib
“EduHack” hakatonu yekunlaşdı: Distant təhsil problemlərinə qarşı 18 innovativ təqdimat (FOTO)
İtaliya Azərbaycana tibbi missiya göndərir
Siyəzəndə karantini pozanlar cərimələnib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 310 mini keçib
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq (FOTO)
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
Gəncədə 38 yaşlı kişi meyiti tapılıb
Sabiq Roma papası ağır xəstələnib
Sabah Bakıda 29, rayonlarda 34 dərəcə isti olacaq
Rusiyada daha 5 min nəfər koronavirusa yoluxub
Bu abituriyentlər yenidən imtahan verəcəklər
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb
Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb
Ehsan Zahidov: Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib
688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
Azərbaycanın təmizlənmiş fındıq ixracı artır
Xızıda poçtdan oğurluq edən şəxs tutuldu (FOTO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb
Melburnda karantin rejimi sərtləşdirilir
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir (FOTO)
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində 46 mindən çox namizəd iştirak edəcək
Çaylarda sululuq artıb
Bir neçə çaydan sel keçib - Faktiki hava
Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
"Microsoft" "TikTok"u satın almaq niyyətindədir
AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır
İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF: Serpentoloqlardan ibarət qurum yaradılsın
Oğuzda narkotik becərən qohumlar polisə atəş açıb (FOTO)
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları elektron qeydiyyatdan keçəcək
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO)
Arif Məlikovun “Noktürn”ü Los-Anceles festivalında səsləndirilib (FOTO)
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır - Ekspert
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Cənubi Koreyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb oldu
Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var (FOTO)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb
Ermənistan ilə Faşist Almaniyası arasında oxşarlıqlar nədir? (VİDEO)
Dünyada 18 milyondan artıq insan koronavirusa yoluxub
Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi oldu
Kolumbiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb
Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib
ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Moskvada koronavirusdan ölənlərin sayı 4 498 nəfərə çatıb
Bütün xəbərlər