...

BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq

Gündəm Materials 11 İyun 2020 16:57 (UTC +04:00)
BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq

Bakı. Trend:

Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq. Sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə bildirilib ki, 3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb.

Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünin çətinliklərinə baxmayaraq, vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb.

Agentlikdən qeyd edilib ki, qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti