...

İranla sərhəddə 108 kiloqram heroin müsadirə edildi (FOTO/VİDEO)

Gündəm Materials 16 İyun 2020 15:44 (UTC +04:00)
İranla sərhəddə 108 kiloqram heroin müsadirə edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan gömrükçülərinin sayıqlığı nəticəsində İran İslam Respublikası ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycandan tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Ukrayna Respublikasının Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan “Scania” markalı “AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı
predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan
yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı
yoxlama aparılıb.

Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış “badımcanların” altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə-heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti