...

Cəlilabadın 3 kəndində elektrik enerjisi sistemi yenilənir (FOTO)

Gündəm Materials 2 İyul 2020 12:06 (UTC +04:00)
Cəlilabadın 3 kəndində elektrik enerjisi sistemi yenilənir (FOTO)

Bakı. Samir Əli - Trend:

“Azərişıq” ASC Cəlilabad rayonunun Şatırlı İnzibati Ərazi Nümadəliyinə daxil olan üç kənddə: Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.

ASC-dən Trend-ə verilən məlumata görə, Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakin yaşayır. Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir.

İran İslam Respublikası ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilb. Və ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır.
İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti