...

Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır

Gündəm Materials 11 İyul 2020 11:34 (UTC +04:00)
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır

Bakı. Trend:

Kürdə batan şəxslərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti