...

Baş Prokurorluq işə qəbul qaydalarını açıqladı (VİDEO)

Gündəm Materials 28 Avqust 2020 11:38 (UTC +04:00)
Baş Prokurorluq işə qəbul qaydalarını açıqladı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Azərbaycanın prokurorluq orqanlarında işə qəbul qaydalarına aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb.

Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaqdır. Budəfəki videoçarxda prokurorluq orqanlarında işə qəbulla bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti