...

Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrində tədrisin bərpası barədə qərar verib

Gündəm Materials 9 Sentyabr 2020 12:21 (UTC +04:00)
Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrində tədrisin bərpası barədə qərar verib

Bakı. İlhamə İsabalayeva - Trend:

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – təhsil oktyabrın 1-dən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində isə sentyabrın 15-dən başlayacaq.

Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti