...

Bərdəyə atılan raketin qalıqları (FOTO)

Gündəm Materials 29 Oktyabr 2020 10:10 (UTC +04:00)
Bərdəyə atılan raketin qalıqları (FOTO)

Bərdə. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu atəşə tutması nəticəsində aşkar edilən raket qalıqları toplanıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, raket qalıqları ANAMA əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Raket qalıqları təhlükəsizlik məqsədilə xüsusi ayrılmış əraziyə aparılaraq orada zərərsizləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 27-si və 28-də Ermənistan silahlı qüvvələri Bərdə rayonunda dinc sakinlərin yaşadığı əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində 26 nəfər həlak olub, 75-dən çox şəxs isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti