...

Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir

Gündəm Materials 4 Noyabr 2020 17:09 (UTC +04:00)
Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir

Bakı. Samir Əli - Trend:

Qondarma rejimin "prezidenti" Araik Arutyunyanın uşaq bağçasında hərbi qərargahın toplantısını keçirməsi müharibə cinayətidir.

Bunu Trend-ə açıqlamasında Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib. O bildirib ki, bu hadisə beynəlxalq konvensiyalara ziddir: "Ermənilər hiyləgərliklə bu üsula əl atırlar. Çünki onlar bilirlər ki, Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə, xüsusən də uşaq bağçaları, məktəblərə atəş açmır. Araik Arutyunyan da buna görə hiyləgərlik edib təhlükəsizliyinə zəmanət məqsədilə uşaq bağçasında qərargah yaradır. Bu isə birbaşa müharibə cinayətidir".

Ə.Həsənov qeyd edib ki, həmçinin ermənilər doğum evindən də hərbi obyekt kimi istifadə edirlər: "Bununla bağlı videolar da yayılmışdı. Ermənilər doğum evini hərbi hospital kimi istifadə edirlər. Müharibə qaydalarına görə, hərbi hospital kimi istifadə edilən obyektdə mülki şəxslər ola bilməz, bu qadağandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti