...

Gəncədə karantin rejimini pozan kafenin sahibi saxlanılıbv (FOTO)

Gündəm Materials 25 Dekabr 2020 09:55 (UTC +04:00)
Gəncədə karantin rejimini pozan kafenin sahibi saxlanılıbv (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Şahid Hacıyevlə yanaşı onun müştəriləri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti