...

52 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib

Gündəm Materials 2 Yanvar 2021 12:29 (UTC +04:00)
52 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib

Bakı. Trend:

Ötən il məktəb direktoru təyin edilən şəxslərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib.

Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti