Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb

Gündəm Xəbər 26 Yanvar 2021 15:29 (UTC +04:00)

Bakı. Trend:

Xırdalanda dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu bardə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti