...

Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olunub

Gündəm Materials 5 Fevral 2021 18:40 (UTC +04:00)
Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olunub

Bakı. Trend:

Azərbaycan-Türkiyə Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Trend xəbər verir ki, görüş zamanı Almaniyada Azərbaycan diasporunun durumu, görüləcək işlər, plan və perspektivlərlə bağlı müzakirələr aparılıb.

Ufuk Kamal Ufuk bundan sonra da Almaniyada Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların qorunması, brilik, həmrəylik naminə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı Ufuk Kamal Ufuka təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti