...

Saray qəsəbəsində partlayış olub, bir ailənin 4 üzvü xəsarət alıb

Gündəm Materials 5 Mart 2021 12:07 (UTC +04:00)
Saray qəsəbəsində partlayış olub, bir ailənin 4 üzvü xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda partlayış baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.

Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti