...

Ata Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Gündəm Materials 14 Mart 2021 14:45 (UTC +04:00)

Bakı. Trend:

Səbail rayon Məhkəməsində bloqer Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və A. Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti