...

Bakıdakı DOST mərkəzləri gün ərzində 2 minə yaxın şəxsə xidmət göstərir - Sədr

Gündəm Materials 31 Mart 2021 15:44 (UTC +04:00)
Bakıdakı DOST mərkəzləri gün ərzində 2 minə yaxın şəxsə xidmət göstərir - Sədr

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhəri üzrə faaliyyət göstərən DOST mərkəzlərində gün ərzində 2 minə yaxın vətəndaş xidmətlərimizdən yararlanır.

Bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, bəzi günlərdə bu say 2 mindən artıq olur:

“DOST Agentliyinin əsas məqsədi çeviklik, şəffalıq və operativlikdir. Eyni zamanda, bizim dəyərlərimiz nəzakətlilik, keyfiyət və vətəndaş məmnunluğudur. Bakı şəhəri üzrə üç mərkəzimiz fəaliyyət göstərir və gün ərzində 2 minə yaxın vətəndaş, bəzən 2 mindən artıq şəxs bizim xidmətlərimizdən yararlanır. Onu qeyd edim ki, 4 sayılı DOST mərkəzi, Bakı şəhərinin iki rayonu Binəqədi və Nərimanovda qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Bu da ümumilikdə 700 minə yaxın əhali demədkir”.

F. Məmmədov əlavə edib ki, 4 sayılı mərkəzin xidmət potensialı gün ərzində təqribən 800 nəfərdir: “Gün ərzində bu 800 insana xidmət göstərə biləcəyik. Eyni zamanda, qeyd edim ki, bu mərkəzdə müasir çağrı mərkəzi də yerləşəcək”.

Xəbər lenti

Xəbər lenti