...

54 qazi Türkiyəyə müalicəyə göndərilib, 4-ü sağalaraq geri qayıdıb

Gündəm Materials 3 Aprel 2021 15:59 (UTC +04:00)
54 qazi Türkiyəyə müalicəyə göndərilib, 4-ü sağalaraq geri qayıdıb

Bakı. Samir Əli - Trend:

“YAŞAT" Fondu qazilərin xaricdə və ölkədəki klinikalarda müalicəsini təmin etmək üçün lazımi tədbirlər görür və bu prosesi xüsusi qeyd etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

O bildirib ki, "YAŞAT" Fondu bununla bağlı Türkiyədən həkimlər dəvət edir: "Türkiyədən gələn həkimlərin köməyi ilə xaricə müalicəyə göndərilməli olan qazilər müəyyənləşdirilib. 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, onların da müalicəsi təmin olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti