...

Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi

Gündəm Materials 10 Aprel 2021 10:49 (UTC +04:00)
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kətəlparaq kənd sakini Ədalət Hüseynov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 19 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti