...

Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək

Gündəm Materials 19 Aprel 2021 17:17 (UTC +04:00)
Mayın 9-dan 16-dək  ictimai nəqliyyat işləməyəcək

Bakı. Trend:

9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti