...

Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi

Gündəm Materials 20 Aprel 2021 18:45 (UTC +04:00)
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi

Bakı. Samir Əli -Trend:

Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti