...

Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək

Gündəm Materials 29 May 2021 12:39 (UTC +04:00)
Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək

Bakı. Samir Əli - Trend:

"8 Noyabr" stansiyasının açılışı ilə Bakı Metropoliteninin stansiyalarının sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 km-ə çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, Bənövşəyi xəttin "8 Noyabr" stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.

Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti