...

Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)

Gündəm Materials 3 İyun 2021 12:46 (UTC +04:00)
Ermənilərin dağıtdığı evlərin tikintisi başa çatır – Bu günlərdə yaşayış başlayacaq
Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)

Ağdam. Aslan Məmmədli – Trend:

44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması nəticəsində dağılan evlərin tikintisi başa çatmaq üzrədir. Ağdamın bir neçə kəndində vətəndaşlara məxsus evlərin tikintisi və ya təmir-bərpası artıq yekunlaşır.

Müharibədən sonra rayon ərazisində xeyli sayda dağılmış yaşayış evi təmir edilib, vətəndaşlara dəymiş ziyan dövlət tətəfindən tam ödədnilib. Düşmən mərmisinin tamamilə yerlə yeksan etdiyi onlarla ev isə yenidən tikilib və bu günlərdə təhvil veriləcək.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Çəmənli kəndində olub, tikinti-təmir işlərini izləyib. Vətəndaşlar dövlətin göstərdiyi bu yüksək diqqət və qayğıya görə xüsusi məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri bildiriblər ki, istər müharibə dövründə, istərsə də sonrakı aylarda daim dövlətin dəstəyini hiss ediblər.

Zərərçəkmiş Muxtar Şahbazov xüsusilə qeyd edib ki, yeni tikilən evlər əvvəlkindən qat-qat üstün və müasirdir: “Əvvəl evimiz köhnə, şəraiti zəif idi. Amma indi tikilən evdə hər bir şərait nəzərə alınıb. Ev genişdir, otaq sayı çoxdur. Sanitar qovşaq evin içindədir. Ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Dövlətimiz bizi tək qoymadı, çətin günlərdə bizə sahib çıxdı, evlərimizi tikib verdi”.

Çəmənli kənd sakini Filyaz Bəbirova da dövlətin qayğısından tam razılığını ifadə edib: “Müharibənin ilk günlərində ermənilər kəndimizi bombaladılar. Evim tamamilə dağıldı. İlk andan dövlətin dəstəyini gördük. Dağılmış evimizi də sıfırdan tikiblər, bu günlərdə köçəcəm. Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü bildiririk. Onlar həmişə olduğu kimi yenə sübut etdilər ki, xalqın yanındadırlar”.

Geniş videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti