Bakı. Samir Əli -Trend:
9 yaşlı qızın atası tərəfindən döyülməsi ilə bağlı yayılan video Baş Prokurorluq tərəfindən araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.
Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.